XİN başçısı: “Biz sülhməramlı kontingentlə gündəlik əlaqədəyik, bilirik nələr baş verir”

 

“Biz sülhməramlı kontingentlə gündəlik əlaqədəyik, bilirik nələr baş verir”. 

Bakunews.media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə hər hansı humanitar böhranın yaranmaması üçün Azərbaycan tərəfindən səy göstərilir: 

“Hazırda Laçın-Xankəndi yolundan 3 mindən artıq avtomobil keçib. Onların əksəriyyəti sülhməramlılara məxsus böyük yük maşınlarıdır. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə daim ünsiyyətdəyik. Mənim dünən də onlarla görüşüm oldu. Azərbaycan dövləti hər zaman məsələnin kökündə duran narahatlıqları aradan qaldırmaq üçün konstruktiv təkliflər verir”.

Aysel Aslan

0.45296502113342