PSJ özünün MMA komandasını yaradır: Həbib Nurməhəmmədov da layihədə yer alacaq

Fransanın PSJ klubu özünün qarışıq döyüş növləri üzrə komandasını yaratmağa hazırlaşır.

“PSJ MMA” adlanacaq layihədə rusiyalı keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədovun da yer alacağı bildirilir. Onun klubun prezidenti Nasser El-Xelaifi ilə yaxşı münasibətləri var.

Qeyd edək ki, PSJ-də futbolla yanaşı, həndbol və cüdo bölmələri də mövcuddur.

Mənbə: football.fr

0.44484210014343