Zelenski dəhşətli təyyarə qəzasına görə təcili Kiyevə qayıdır

Ukrayna lideri Vladimir Zelenski Ukraynaya məxsus sərnişin təyyarəsinin İranda qəzaya uğraması səbəbi ilə təcili olaraq Oman səfərini dayandırıb, Kiyevə qayıdır.

Bu barədə REN TV onun mətbuat xidmətinə istinadla xəbər yayıb.

Daha əvvəl Zelenski hadisə ilə bağlı “Facebook” səhifəsində qəzada həlak olanların yaxınlarına başsağlığı verib. O bildirib ki, Ukrayna səfirliyi qəzanın səbəbləri barədə məlumatları dəqiqləşdirir.

Qeyd edək ki, KİV Zelenskinin ailəsi ilə Oman körfəzinin sahilinə istirahətə getdiyini bildirmişdi.

0.32167100906372