Çempionlar Liqasının final oyununun topu İstanbulun mədəni irsinə həsr edildi - FOTO

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının 2022-23-ci il mövsümünün İstanbulda keçiriləcək final oyununda istifadə ediləcək rəsmi topun təqdimatını edib.

Bu barədə məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.

“Top ağ, mavi və sarı rənglərlə işlənilib və üzərindəki naxışlar İstanbulun mədəni irsinə hörmət ehtiva edir”, - UEFA-nın sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

Qeyd edək ki, Çempionlar Liqasının 2022-23-ci il mövsümünün final oyunu iyunun 10-da İstanbuldakı Olimpiya Stadionunda baş tutacaq.

0.38726711273193