Azərbaycanın futzal yığması Polşaya böyük hesabla uduzaraq qrup liderliyini əldən verib

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində sonuncu oyununu keçirib.

“Report”un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 7:2.

Polşalıların qollarını Mikolay Zastavnik (4), Yakub Raşkovski və Tomaş Krezel vurublar. Azərbaycan yığmasından isə İsa Atayev və Amadeu fərqləniblər.

Bu nəticədən sonra hər iki komandanın 9 xalı olsa da, Polşa seçməsi qrupu ilk pillədə tamamlayıb. Bakıdakı matçda minimal hesabla (3:4) uduzan polşalılar şəxsi oyunlardakı üstünlüyə görə qrup qalibi olub.

Elit-raunda vəsiqəni ötən tur təmin edən Azərbaycan millisi isə qrupu ikinci sırada başa vurub.

DÇ-2024-ün əsas mərhələsi

6-cı qrup

7 mart

23:00. Polşa – Azərbaycan - 7:2

Qollar: Mikolay Zastavnik, 3'48”; 27'05”; 27'35”; 30'05”; 32'44”. Yakub Raşkovski, 3'54”. Tomaş Krezel, 31'57” - İsa Atayev, 23'09”. Amadeu, 28'00”

Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya) Koşalin idman zalı.

0.3958580493927