Xavi tənqidlərdən bezib: “Mənim də ailəm və uşaqlarım var”

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunu çalışdırmağın çətinliklərindən bəhs edib.

İspaniyalı mütəxəssis şəxsiyyəti barədə tənqidləri həzm etməyin çətin olduğunu deyib:

“Həyatımın ən pis günlərindən bəzilərini “Barselona”nın baş məşqçisi kimi yaşayıram. Davamlı oyun izləyirəm. Keçirdiyimiz matçlara 3-4 dəfə baxıram. Bu, zövq aldığım bir şey deyil. Pep Qvardiolanın da dediyi kimi, “Barselona”nın baş məşqçisisinizsə, 200 faizinizi verməlisiniz. Amma davamlı şəkildə ittiham edilir və tənqid olunuram. Bunun öhdəsindən gəlmək çətindir. Mənim də ailəm və uşaqlarım var. Bəzən dostlarım zəng edib deyirlər ki, sosial mediada səni öldürürlər. Yaxşı olmadığım, ya da şəxsiyyətimlə bağlı tənqidləri həzm etmək çətindir”.

43 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Barselona”nı çalışdırır. Kataloniya klubu La Liqada bu mövsüm 24 oyundan sonra 62 xalla vahid liderdir. “Barsa” ən yaxın izləyicisi “Real Madrid”i 9 xal qabaqlayır.

Mənbə: Goal.com

0.31501603126526