Gecə klubunda kütləvi dava - VİDEO

Rusiyanın Buryatiya Respublikasının paytaxtı Ulan-Udedə gecə klublarının birində kütləvi dava olub.

REN TV məlumat verir ki, gənc müştərilər arasında dava gecə klubunun müşahidə kameralarına düşüb.

İlkin məlumata əsasən, əlbəyaxa davaya səbəb mühafizəçilərdən birinin içkili halda olan yeddi gənci əyləncə klubuna buraxmaq istəməməsi olub.

Hadisəni törədən şəxslər davadan sonra hadisə yerindən qaçaraq gizləniblər. Mühafizəçilərdən birinə tibbi yardım göstərilib.

0.28892087936401