Naxçıvanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib - FOTO

Martın 11-də Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri, eyni zamanda ekologiya könüllüləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı 2 hektar ərazidə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya zamanı 1500 badam tingi və 600 üzüm kolu əkilib.

Həmin gün Muxtar Respublikada ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyasında 19 mindən artıq sakin iştirak edib, 40 min meyvə və meşə tingi əkilib.

0.57571697235107