Trampdan açıqlama: İran davranışlarını dəyişdirmədiyi müddətdə sanksiyalar davam edəcək

ABŞ Prezidenti Donald Tramp İranın bu ölkənin İraqdakı hərbi bazasına raket zərbələrindən sonra ilk dəfə açıqlamalar verib. 

O, ötən gecəki hücumlarda heç bir ABŞ əsgərinin tələf olmadığını bildirib: 

“Amerikalı əsgərləri cəsarətləri üçün təbrik edirəm. Ordumuz hər şeyə hazırdır. Raket zərbələri zamanı insan itkisi olmadı. Sadəcə minimal ziyan gördük”. 

Tramp qeyd edib ki, dünyanın bir nömrəli terroristini məhz ABŞ əsgərləri öldürüb: 

“Çox daha əvvəl öldürülməli idi. İraqda, Əfqanıstanda, Suriyada cəhənnəm yaratmışdılar. İran isə nüvə silahı sevgisindən əl çəkib, terrora dəstəyi kəsməlidir. Onlarla yeni razılaşma əldə etməli və dünyanı güvənli hala gətirməliyik”. 

ABŞ ölkə başçısı həmçinin İrana qarşı sanksiyaların davam edəcəyini də qeyd edib: 

“İranın Yaxın Şərqdəki davranışlarına uzun müddət tolerant davrandıq, amma artıq o günlər geridə qaldı. Əgər davranışlarından əl çəkməsələr, iqtisadi sanksiyalar artaraq davam edəcək. Hamımız birlikdə çalışıb İranla bir razılaşma əldə etməliyik”. 

0.27967715263367