Tripolidə minaatan hücumu zamanı iki uşaq həlak oldu

Tripolinin cənubunda Həlifə Həftarın qoşunları tərəfindən həyata keçirilən minaatan hücumu zamanı iki uşaq həlak olub.

“Anadolu” xəbər verir ki, bu barədə Liviya hökumət qüvvələri məlumat yayıb.

Minaatan mərmisi Ayn Zara rayonunda uşaqların olduğu evə düşüb.

Hökümət qüvvələri Həftar qoşunlarıın 5 hərbçisini və bir neçə nəqliyyat vasitəsini məhv edib.

0.33081102371216