Bakıda ruhi əsəb xəstəsi itkin düşdü

Bakıda ruhi əsəb xəstəsi itkin düşüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə martın 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində qeydə alınıb.

Belə ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 2008-ci il təvəllüdlü Yusif Qazıyevın evdən saat 12 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.

0.43453812599182