Şəkidə birmərtəbəli evdə yanğın olub

Şəkidə birmərtəbəli evdə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şəki şəhərində ümumi sahəsi 240 kv.m olan kürsülü, birmərtəbəli, 3 otaq və aynəbənddən ibarət evin (yaşayış olmayan) yanar konstruksiyaları və ev əşaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.38037109375