Oqtay Əliyevin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

Qurumdan Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, avtomobili idarə edə sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub: “Nəticədə onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxaya yerləşdirilib”.

Qeyd edək ki, Oqtay Əliyev yaxın zamanlarda ürək əməliyyatı keçirib. 

19:08

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

“Report”un məlumata görə, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

İlhamə Əbülfət

0.18094897270203