Bakıda avtomobil 63 yaşlı qadını vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Nizami rayonu, Heydər Əliyev prospekti, 110 ünvanının qarşısında Bakı şəhər sakini 1986-cı il təvəllüdlü İlkin Natiq oğlu Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ağdam rayon sakini 1960-cı il təvəllüdlü Şəfiqə Şahmar qızı Cəfərovanı vurub.

Piyada həmin avtomobilin sürücüsü tərəfindən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

0.41653203964233