BOS “Qarabağ” – “Qalatasaray” oyunu öncəsi bəzədildi – FOTO

Sabah “Qarabağ” Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək.

Bakunews.media xəbər verir ki, Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq qarşılaşma ərəfəsində arena matçın əhəmiyyətinə uyğun olaraq bəzədilib.

Stadionun bannerlərində “Kardeşilk maçı”, “Bir millət, iki dövlət” ifadələri yerləşdirilib. Bundan başqa, “Qalatasaray”ın Bakı fan-klubu “Ultraslan Azərbaycan”ın yer alacağı tribunada klubla bağlı müxtəlif şüarların əks olunduğu pankartlar asılıb.

Əlavə edək ki, sabahkı matçda azarkeşlərə 20 min Türkiyə, 20 min Azərbaycan bayrağı veriləcək.

Sözügedən qarşılaşma saat 20:00-da start götürəcək.

Faiq Tahirov 

0.37729382514954