Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

Bakunews.media-ın məlumatına görə, yarışın son günündə Azərbaycan millisinin 2 üzvü mübarizə aparacaq.

90 kq-da çıxış edən Vüqar Talıbov Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryanla, 100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Böyük Dəbilqə

90 kq

1/16 final: Vüqar Talıbov - Aram Qriqoryan (BƏƏ)

+100 kq

1/8 final: Camal Qamzatxanov - İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi

Qeyd edək ki, hələlik Azərbaycan yığmasının aktivində iki medal var. Kişilərdən Turan Bayramov (60 kq) turnirin qalibi, qızlardan isə Gültac Məmmədəliyeva (52 kq) 3-cü olub.

0.44200205802917