Ukrayna təyyarəsi bu raketlə vurulub? - FOTO

“@Liberalist_30” adlı “Twitter” istifadəçisi Tehranda qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava yollarına məxsus təyyarənin qəza yerindən daha bir fotosunu dərc edib. 

Şəkildə zenit raketinin fraqmentinin əks olunduğu iddia edilir. İstifadəçinin sözlərinə görə görüntü onun “Telegram” ünvanına göndərilib.

Bu barədə Lenta.ru xəbər verib.

Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkələrdə “Boeing 737-800” təyyarəsinin qəza yerində çəkildiyi iddia edilən başqa bir foto yayılmışdı.

Bu şəkillərə əsaslanaraq sosial şəbəkə istifadəçiləri Ukraynaya məxsus təyyarənin “Tor” zenit raket kompleksindən buraxılan raketlə vurula biləcəyini iddia edirlər.

Ukrayna hökuməti digər versiyalarla birlikdə bu varianta da baxacaqlarını bildirib. 

0.287358045578