“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər

“Qarabağ” - “Qalatasaray” xeyriyyə matçında (1:2) Abdullah Zubirin oyunu İstanbul klubunun azarkeşlərinin diqqətini çəkib.

Bakunews.media xəbər verir ki, “sarı-qırmızılar”ın fanatları sosial şəbəkələrdə fransalı oyunçu barədə xoş fikirlər səsləndiriblər.

“Twitter”də bir çox azarkeşlər onun transfer edilməsini istəyiblər və qiymətinin nə qədər olması ilə bağlı paylaşımlar ediblər. Hətta fanatlardan biri Zubiri “Qalatasaray”ın ulduzu Nikolo Zaniolo ilə müqayisə edib.

Zubirdən başqa “Qarabağ”ın müdafiəçisi Kevin Medinanın oyunu da fanatların diqqətini çəkib.

0.44081902503967