Zərdab sakini suya görə intihara cəhd etdi

Zərdabda 32 yaşlı kişi su probleminə görə intihara cəhd edib.

APA xəbər verir ki, hadisə rayon su idarəsinin qarşısında qeydə alınıb.

Rayonun Çallı kənd sakini Süleymanov Əkbər Sabir oğlu üzərinə benzin tökərək özünü yandırıb. O, ağır dərəcəli yanıq xəsarətləri ilə Bakıya çatdırılıb.

Məluamata görə, Əkbər Süleymanov özünə məxsus pay torpağı səhəsində pambıq əksə də, bir müddətdir su qıtlığına görə əkini suvara bilməyib. Onun məsul şəxslərə etdiyi müracətlər cavabsız qaldığına görə intihar etmək qərarına gəlib.

0.60348916053772