Bakıda qadını avtomobil vurub

Bakının Qaradağ rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ümid qəsəbəsində qeydə alınıb.

1976-ci il təvəllüdlü Hüseynova Gülnar Muxtar qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

0.73224806785583