Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub - FOTO

Azərbaycan Papua Yeni Qvineya ilə diplomatik münasibətlər qurub.

“Report” xəbər verir ki, bu barədə iki ölkənin BMT-dəki daimi nümayəndələri birgə kommunike imzalayıblar.

“5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Daimi Nümayəndəsi cənab Yaşar T. Əliyev və Papua Yeni Qvineyanın Müstəqil Dövlətinin Daimi Nümayəndəsi Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar”, - Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin məlumatında bildirilib.

0.65559601783752