Azərbaycanda insan alverçisi məhkəmə qərarından narazı qaldı, cəzası daha da artırıldı

Azərbaycanda insan alverçisinə verilən cəza artırılıb.

Lent.az xəbər verir ki, Məsdan Dadaşova qadınları aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etdiyinə görə saxlanılıb. Barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aşkar edilən cinsi istismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 (İnsan alveri) maddələri ilə cinayət işi başlanılıb, M.Dadaşovaya həmin maddələrlə ittiham elan edilərək iş baxılması üçün məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə M.Dadaşovanın əməlləri sübuta yetirilərək ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasilya şikayəti verərək hökmün ləğv edilməsini, dövlət ittihamçısı isə apellyasiya protesti verərək Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq olunmasına dair müddəaların hökmdən çıxarılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü ilə M.Dadaşovaya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3-1-ci maddələri ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

0.41327881813049