Elçin İbadov: “SOCAR Türkiyə”nin fəaliyyəti risklərlə, xüsusilə terrorizmə və zəlzələ ilə bağlı sığortalanıb”

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Türkiyə”nin fəaliyyəti risklərlə, xüsusilə terrorizmlə və zəlzələ ilə bağlı sığortalanıb”.

Bakunews.media xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov deyib. O qeyd edib ki, “SOCAR Türkiyə” bu ölkənin ən böyük sənaye holdinqidir:

“Biz Türkiyənin ən böyük xarici investoruyuq. Bu ölkədə özümüzü yabançı hiss etmədiyimizə görə, şirkəti belə adlandırmırıq.

Biznes böyük olduğuna görə, bu sahədə risklərlə də qarşılaşırıq. Bundan sığortalanmaq üçün xüsusi risklərin idarə edilməsi əməliyyatları aparılır. Aktivlərimizə ümumilikdə 13 növ sığorta  tətbiq edilir. Terrorizmə və zəlzələyə qarşı xüsusilə ayrı-ayrılıqda sığortalarımız var. Bütün bunlara görə bizim ayrıca sığorta şirkətimiz də fəaliyyət göstərir. Bu, həm daxili sığorta tələbatını idarə etmək, həm də xaricə sığorta xidmətləri təqdim etmək üçündür”.

Aysel Aslan

0.49456906318665