Müstəqil Həmkarlar Birliyi yeni xeyriyyə aksiyasına start verdi

Müstəqil Həmkarlar Birliyi yeni xeyriyyə aksiyasının başlanması ilə əlaqədər müraciət qəbul edib. Müraciətdə deyilir:

Hörmətli xanımlar və bəylər!

Müstəqil Həmkarlar Birliyi (MHB) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  #təşəkkürqazan xeyriyyə aksiyasına başladığını elan edir.

Xeyriyyə aksiyasının uşaq evləri və reabilitasiya mərkəzlərində keçirilməsi  nəzərdə tutulub.

Aksiyanın məqsədi cəmiyyətin xüsusi diqqətinə ehtiyacı olan uşaqları hərarətimizlə sevindirməkdir.

MHB uşaqlar üçün geyim, ayaqqabı, yataq dəstləri, şirniyyatlardan tutmuş müxtəlif hədiyyələr, eləcə də maddi yardım toplamağı planlaşdırır.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə onlar üçün konsertlər və şou proqramlar planlaşdırılıb.

Hörmətli xanımlar və bəylər!

#təşəkkürqazan xeyriyyə aksiyasında iştrak etmək istəyən hər kəs ianə, paltar, ayaqqabı, şirniyyat və digər hədiyyələri bu ünvana gətirə bilər:

Nizami rayonu, küç. Əzim Əzimzadə 4, 3-cü mərtəbə. MHB (Müstəqil Həmkarlar Birliyi).

WhatsApp: +99455 556 25 42

0.45699310302734