Bakıda ağaclar kəsildi: Nazirlik hərəkətə keçdi - YENİLƏNİB + FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı açıqlama verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev Bakunews.media-a bildirib ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb:

“Gecə saatlarında iki ağacın kəsildiyi müəyyən edilib. Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.

10:28

Xətai rayonunda ağac kəsilib. 

Bu barədə sosial şəbəkələrdə yayılıb. 

Belə ki, rayonun Məhəmməd Hadi küçəsi sağlam ağac kəsilib. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bakunews.media-a açıqlamasında bildirib ki, hazırda qurumun əməkdaşları tərəfindən ərazidə araşdırma aparılır.

İlhamə Əbülfət

0.63010215759277