Baku TV CityNet-in kanal siyahısına əlavə edildi

2018-ci ildən internet yayımçı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən CityNet IPTV abunəçiləri 10-cu kanaldan izləyə bilərlər.

Bakunews.media xəbər verir ki, ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə çatdıran Baku TV hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş kontent təqdim edir.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Baku TV-yə Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

Onu da bildirək ki, CityNet yüksək sürətli sabit optik internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən, daim inkişaf edən internet provayderidir.

0.74564290046692