Cəlilabadda məscid yandı - VİDEO

Bu gün Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb. 

Belə ki, kənddəki ziyarətgahın ərazisində yerləşən məscidin dam örtüyü yanıb. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülsə də, məscidə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

0.40210294723511