Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə icraçı direktor təyin olundu

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə (ŞŞDQİ) icraçı direktor təyin olunub.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, İdarənin Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

Müşahidə Şurasının yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktor səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov İcraçı direktor vəzifəsinə təyin edilib.

0.42033815383911