“Günay Bank”da qorunmayan 70 milyonluq əmanət: Vəsait qaytarıla bilərmi? - FOTO

“Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank” ASC-də sığortalanmayan əmanətin taleyi risk altındadır”.

Bunu Bakunews.media-a açıqlmasında iqtisadçı ekspert Xalid Kərimli bildirib. 

Onun sözlərinə görə, Mərkəzi Bankın qərarında qurum tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir:

“Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. 0,1 faiz və iri depozit sahiblərinin vəsaitinin taleyi isə məlum deyil. Sığortalanmış 40 milyon manata yaxın əmanət fond tərəfindən iki ay ərzində vətəndaşlara veriləcək”.

Ekspert əlavə edib ki, əmanətləri sığortalanmayan şəxslərin də hüquqları qalır:

“Onlar da vəsaitlərini tələb edə biləcəklər, amma əmanətləri sığortalananlar formasında məbləği ala bilməyəcəklər. Çünki məhkəmə qərarı ilə lisenziyanın ləğvi sığorta hadisəsi elan edildikdən sonra fond dərhal sığortalanan vəsaiti verəcək. 

Bundan sonra Əmanətlərin Sığortalanması Fondu banka özlərindən inzibatçı təyin edəcək və banka verdiyi məbləği toplayacaqlar. Orada inzibatçının cari xərcləri, dövlətə borclar, əməkhaqqı və banklar haqqında qanuna görə, ləğvetmə prosesində tələblərin ardıcıllığına uyğun olaraq, digər kreditor borclar ödəniləcək.

Daha sonra bankın vəsaiti çatarsa, təminatsız borclar da ödəniləcək. Bura sığortalanmamış depozitlərin sahiblərinin hüquqları da aiddir. Həmin şəxslər pulunu ya uzun müddət sonra ala bilərlər, ya da almayacaqlar”.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası .

2023-cü ilin aprel ayının 1-nə olan hesabatında bankda ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. 

“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. 

Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edib. 
Hesab dövrünün rəqəmlərinə görə isə 70 milyon manat əmanətin məlum deyil. 

İlhamə Əbülfət

0.50416803359985