Paytaxtda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xətai rayonunda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində, 1982-ci il təvəllüdlü Aidə Yəhya qızı Feyziyeva müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.41020202636719