Bakıda qəza olub: Xəsarət alan var - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Bakıxanov küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol kəsişməsində “Mercedes-Benz” və “Toyota Camry” markalı minik avtomobilləri toqquşub. Avtomobillərə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisədə bir nəfər xəsarət alıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.3831307888031