Bakıda güclü yanğın olub - FOTO

Bakıda yanğın hadisəsi baş verib. 

Bakunews.media xəbər verir ki, yanğın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin briqadaları cəlb edilib. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətindən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə məişət tullantıları yanır.

FHN-in yanğından mühafizə qüvvələri yanğın qeydə alındıqdan dərhal sonra hadisə yerinə cəlb olunublar. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Könül Cəfərli

0.4147469997406