Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.

President.az-ın xəbərinə görə, bununla əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

0.47801804542542