Sabunçuda ev yanıb

Bakının Sabunçu rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 110 kvadratmetr olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə, mətbəxinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.49892997741699