İranlıdan satış məqsədilə narkotik vasitə alan Şamaxı rayon sakinləri tutuldular - FOTO

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan şəxslər tutularaq istintaqa təhvil veriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinləri Məhəmməd Babaliyev və Məhəmməd Quliyev şübhəli şəxs qismində saxlanılıblar. 

Şəxsi axtarış zamanı onlardan ümumi çəkisi 1 kiloqramdan artıq güclü narkotik vasitə  heroin aşkar edilərək götürülüb. 

Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla satış məqsədilə aldıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

0.58101201057434