“Real Sosyedad” qalib gəldi, çempion “Barselona” autsayderə uduzdu – YENİLƏNİB + VİDEO

İspaniya La Liqasında XXXVI turun daha bir oyunu keçirilib.

Bakunews.media xəbər verir ki, “Barselona” “Valyadolid”ə qonaq olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionluğu daha əvvəldən təmin etmiş “Barselona” 85 xalda qalıb. Autsayderlər zonasında olan “Valyadolid” isə 38 xalla 17-ci pilləyə yüksəlib.

00:31

İspaniya La Liqasında XXXVI tura start verilib.

Bakunews.media xəbər verir ki, turun ilk iki oyununda ümumilikdə 3 qol vurulub.

“Selta” öz meydanında qəbul etdiyi “Jirona”nın müqavimətini qıra bilməyib. Hərəyə bir qol vuran komandalar matçdan bir xalla ayrılıblar.

“Real Sosyedad” isə “Almeriya”nı əliboş yola salıb. Bunun üçün onlara bir qol kifayət edib.

Bu nəticələrdən sonra “Real Sosyedad” 68 xalla 4-cü, “Jirona” 49 xalla 8-ci, “Selta” 40 xalla 14-cü, “Almeriya” isə 39 xalla 15-ci pillədə qərarlaşıb.

0.41528511047363