Bakıda avtomobil yolu keçən uşağı vurub öldürdü

Bakıda avtomobil yolu keçən 8 yaşlı uşağı vurub öldürüb.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçərkən 2015-ci il təvəllüdlü S.Quluzadəni avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

0.4681191444397