“Real Madrid” Mbappeni pulsuz transfer etməyi planlaşdırır

Kilian Mbappenin PSJ ilə 2024-cü ilin yayında başa çatacaq müqaviləni yeniləmək istəməməsi “Real Madrid”in iştahasını artırıb.

“Kral klubu”nun prezidenti Florentino Peres ulduz oyunçunu həmin zaman pulsuz heyətə cəlb etməyin planlarını qurur.

Madridlilər yaxın gələcəkdə ya “Mançester Siti”dən Erlinq Holandı, ya da Kilian Mbappeni transfer etmək istəyirlər. Fransa millisinin üzvünün bu qərarı onu ilk seçim edib.

“Real Madrid” daha əvvəl Mbappeni transfer etməyə çalışsa da, oyunçu PSJ ilə müqaviləni yeniləməyi seçmişdi. Amma Paris təmsilçisinin Çempionlar Liqasında uğur qazana bilməməsi onun fikrini dəyişməsinə səbəb olub. Kilian gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləmək variantından istifadə etməyi düşünmür.

Mənbə: as.com

0.49155592918396