Azərbaycanda hotel xidməti ucuzlaşacaq? - VİDEO

Dövlət Turizm Agentliyi tərəfindən “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiqlənib.

Xezerxeber.az-ın məlumatına görə, meyar üzrə bal mehmanxananın həmin tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir.

Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam bildirib ki, bu günə qədər sertifikasiya üçün 100 otel müraciət ünvanlasa da, hamısına sertifikat verilməyib.

Turizm eksperti Fariz Bəşirov isə bildirib ki, sözügedən meyarların tətbiqi nəticəsində hotel bazarında qiymətlər dəyişəcək. Xüsusən də göstərdiyi xidmətdən baha qiymət təklif edən hotellər ucuzlaşacaq.

Sahibkarlar aldığı ulduz sertikatına uyğun qiymət tətbiq etməyə məcbur olacaq.

Daha ətraflı süjetdə:

0.41229104995728