Bakıda üç avtomobil toqquşdu: Xəsarət alan var - FOTO

Bakının Xətai rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza “Ukrayna” dairəsində qeydə alınıb.

Hadisə nəticəsində “Chevrolet”, “Opel” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Chevrolet” markalı minik avtomobilindəki sərnişin xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib.

Avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

0.56327605247498