Bəzi motosiklet, moped və skuter sürücüləri yollarda təhlükə yaradırlar - VİDEO

Son vaxtlar motosiklet, moped və skuter sürücülərinin sayı çoxalıb.

Xezerxeber.az-ın məlumatına görə, daha çox kuryer xidməti üçün istifadə olunan bu nəqliyyat vasitələri isə paytaxt yollarında təhlükəli vəziyyət yaradırlar.

Bu dəfə də belə bir hadisə Xətai rayonu ərazisində yaşanıb. Skuter sürücüsünün tələsməsi motosiklet sürücüsünün xəsarət alması ilə nəticələnib.

Günün istənilən saatında və paytaxtın istənilən küçə və prospektində heç gözlənilmədən motosiklet və mopedlər haradansa çıxır, ya maşınla, ya avtobusla, ya da bir-biri ilə toqquşur, bəzən də piyadalar vurulur.

Təhlükəli yol-nəqliyyat hadisəsi Toğrul Bilalzadənin də həyatından yan keçməyib. Kuryerin yol hərəkəti qaydalarına məhəl qoymadan tam sürətlə irəliləməsi nəticəsində o, xəsarət alıb. Hadisənin detallarını danışan Toğrul Bilalzadə deyir ki, paytaxt yollarındakı tıxac səbəbindən bir müddətdir şəxsi avtomobilindən imtina edərək motosiklet sürür.

Toğrul Bilalzadə qoruyucu geyimdə olduğundan canını qəzadan yüngül xəsarətlə qurtarıb. Buna baxmayaraq, qolundan aldığı zədə nəticəsində ona 15 gün motosikletdən istifadə qadağan olunub.

O qeyd edib ki, daha çox qəza törədənlər yeniyetmə kuryerlərdir.

Sakinlər də bu kimi sürücüləri təhlükə daşıyıcıları adlandırırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Toğrul Nəsirli moped, skuter və motosiklet sürücülərinə xəbərdarlıq edib.

Daha ətraflı süjetdə:

0.35243010520935