Müstəqil Həmkarlar Birliyi uşaqları sevindirdi

1 İyun - Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə Müstəqil Həmkarlar Birliyin təşkilatçılığı ilə “Qayğı” Uşaq Reabilitasiya Mərkəzində bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan MHB sədri Fuad Əliyev uşaqları salamlayaraq onları bayram münsibətilə  təbrik edib. Daha sonra MHB 1 iyun- Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı aksiyaya qoşulan tanınmış animator “Aquşa” və müğənni  Əbülfəz Fətəliyev uşaqlar üçün mahnı oxuyub, müxtəlif oyunlarla şənləndiriblər.

“Qayğı” Uşaq Reabilitasiya Mərkəzinin rəhbəri Bənövşə Yusifova MHB-nin rəhbərliyinə uşaqlar üçün təşkil etdiyi şənliyinə görə təşəkkürünü bildirib.

Müstəqil Həmkarlar Birliyi olaraq "Aquşa" Ağa Piriyev, müğəni Əbülfəz Fətəliyev,  BakıMilliTV-nin rəhbəri İlham Rəsulzadəyə, ictimai fəal, psixoloq İlham Quliyev və gənc İT mütəxəsisi Həsən Quliyev  #təşəkkürqazan xeyriyyə aksiyasına dəstək verdiklərinə görə təşəkkür bildiririk.

0.433021068573