Fransa olimpiya məşəlini daşıyacaq şəxsin adını dövlət sirri kimi qoruyur - FOTO

2024-cü ilin may-iyul aylarında Fransanın 60 departamentində keçiriləcək Olimpiya məşəli estafetində 10 minə yaxın insan iştirak edəcək.

Bu barədə Parisdə keçirilən Olimpiya Oyunlarının təşkilatçıları mətbuat konfransında bildiriblər.

Bildirilir ki, Olimpiya Oyunlarının məşəli Marselə 2024-cü il mayın 8-də Fransada tarixi abidə kimi tanınan 120 illik “Le Belem” gəmisində aparılacaq.

Məlumata görə, ilk dəfə olaraq estafetdə 24 nəfərlik qrup (məşəlçi də daxil olmaqla) iştirak edə biləcək. Hər bir məşəlçi məşəli orta hesabla təxminən 4 dəqiqə daşıyacaq və bu müddət ərzində o, təxminən 200 metr məsafə qət edəcək. Estafet iştirakçılarının 1/3-ni “Paris 2024”ün Təşkilat Komitəsi, qalanlarını isə Olimpiya Oyunlarının sponsorları və tərəfdaşları seçəcəklər.

Estafet iştirakçılarının əksəriyyətinin adları 2024-cü ilin əvvəlində məlum olacaq. Ancaq sonuncu məşəlçinin adını təşkilatçılar son ana qədər gizli saxlamaq niyyətindədirlər.

Mənbə: TASS

0.38736796379089