Hacıqabulda toyda qardaşlar bıçaqlandılar

Hacıqabulda toyda 2 qardaş bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Toy şənliyində baş verən mübahisə zamanı Hacıqabul şəhər sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Amid Elşad oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşən Elşad oğluna bir nəfər tərəfindən bıçaq xəsarətləri yetirilib. Hər iki qardaş yaralı vəziyyətdə Şirvan Xəstəxanasına yerləşdirilib. Onlardan biri əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0.44252419471741