KOBİA Gürcüstanın Biznes Assosiasiyası ilə Anlaşma Memorandumu imzalayıb - FOTO

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.

İmzalanma Tiflisdə bu gün keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.

“Sənədin hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə inanırıq”, - deyə O. Məmmədov bildirib.

 

0.9119279384613