Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürdü

Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Şaiq Musayevi avtomobil vurub.

O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0.50282597541809