Fuad Əliyev: Analoji razılaşmaları digər ölkələrlə tətbiq etmək lazımdır

“Azərbaycan və Rusiyanın pensiya təminatı sahəsində əməkdaşlıq etməsini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, analoji razılaşmaları digər ölkələrlə tətbiq etmək lazımdır”.

Bunu Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində əldə etdikləri pensiya və digər sosial sığorta hüquqlarının tanınması və müdafiəsilə bağlı sazişinə münasibət bildirib.

Fuad Əliyev qeyd edib ki, Rusiya Dövlət Duması pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib:

“Bu sazişə əsasən, Azərbaycan vətəndaşlarına pensiya təyin edilərkən Rusiya ərazisində iş staji hesabına daxil olunacaq. Bununla da Azərbaycan vətəndaşları Rusiyada işləyərkən qazandıqları təcrübəni itirmiyəcəklər. Eynilə də Rusiya vətəndaşları”.

“Hamıya məlumdur ki, 3 milliyona yaxın azərbaycanlı Rusiyada işləyir. Və Azərbaycana qayıdarkən pensiya ala bilmirdilər. Yəni indiyədək Rusiyada işləmiş, lakin pensiya almamış Azərbaycan vətəndaşları da pensiyaları artacağı üçün bu sazişdən yararlanacaqlar. Bununla belə iş stajının olmaması səbəbindən pensiya hüququ əldə etməyən vətəndaşlar belə bir hüquq əldə edə biləcəklər”-Fuad Əliyev qeyd etdi.

0.31416201591492