Zlatan İbrahimoviç karyerasını bitirdi – VİDEO

Zlatan İbrahimoviç karyerasını başa vurub.

41 yaşlı ulduz futbolçu bu qərarını A seriyasının sonuncu turunun “Milan” – “Verona” matçından sonra açıqlayıb.

İsveçli forvard bildirib ki, hər zaman “Milan”lı olaraq qalacaq: “Futbolla sağollaşıram, sizlərlə yox”.

Qeyd edək ki, karyerası boyunca “Ayaks”, “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, “Mançester Yunayted” PSJ, “Los Anceles Qalaksi” kimi müxtəlif klublarda oynamış İbrahimoviç ümumilikdə meydana çıxdığı 819 matçda 493 qola imza atıb.

Mənbə: A Spor

0.35852718353271