Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü Elgün Bayramov, 2007-ci il təvəllüdlü Şəhriyar Əhmədov, həmyaşıdı Zərqəm Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

0.50812101364136