Kreml Roma papası elçisinin Moskvaya səfərini təsdiqləyib

 

Roma Papasının Ukraynadakı nizamlanma üzrə nümayəndəsi kardinal Matteo Zuppi Moskvaya səfər edəcək.

Bu barədə Rusiya Katolik Yepiskopları Konfransının rəhbəri arxiyepiskop Paolo Pezzi bildirib. 

Məlumata görə, kardinal bundan ötrü Kremldən icazə alıb. Nəzərdə tutulan səfərin tarixi isə açıqlanmayıb.

Arxiyepiskop Pezzi müsahibəsində bu yaxınlarda həm Kremldən, həm də Ukraynadan Papanın mümkün vasitəçiliyi ilə bağlı “çox mənfi bəyanatlar” eşitdiyini bildirib:

“Və belə bir durğun vəziyyətdə Papa elçisinin Ukraynaya getməsi və vaxtı məlum olmasa da, Moskvaya səfər üçün Kremldən razılıq alması faktını qiymətləndirmək lazımdır.

Dünən, iyunun 6-da Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə kardinal Matteo Zuppi ilə görüşüb. Onlar Ukrayna tərəfinin təklif etdiyi sülh planını müzakirə ediblər. Bu səfərdən sonra kardinal Zuppinin Papa ilə məsləhətləşmələr üçün Vatikana qayıtmağı, sonra isə Moskvaya səfər etməsi gözlənilir.

Mənbə: Kommersant

7.5272507667542